ain.az bildirir, Baku.ws saytına əsaslanaraq.
Türkiyədə boşanan cütlük iki pişiyi üçün aliment və qəyyumluq iddiası əlavə edib.
BAKU.WS xəbər verir ki, məhkəmənin təsdiqlədiyi protokola görə, pişiklərin himayəsi qadına veriləcək, kişi isə hər üç aydan bir 10 min TL (405 manat) aliment ödəyəcək. Məbləğ illik inflyasiya əsasında yenilənəcək.
Bu qərar ev heyvanlarının yalnız "mülk" deyil, emosional bağlılığa malik canlılar kimi hüquqi tanınmasının nümunəsi sayılır. Protokol pişiklərin yemək, baytarlıq və baxım xərclərini əhatə edir.
Qərar həm hüquq dairələrində, həm də sosial mediada geniş müzakirələrə səbəb olub.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.