AZ

Türkiyə Britaniyadan döyüş təyyarələri alacaq

BAKI, 23 oktyabr. TELEQRAF

“Yerli və milli döyüş təyyarəmiz KAAN-ın təhvil verilməsi başlayana qədər Türkiyə Silahlı Qüvvələrinin qarşısına qoyulmuş vəzifələrin yerinə yetirilməsi üçün lazım olan sistemlərin, əsasən müttəfiqlərimiz olmaqla, aidiyyəti ölkələrdən tədarük edilməsi planlaşdırılır”.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin sözçüsü Zəki Aktürk “Eurofighter” döyüş təyyarələrinin tədarük prosesi ilə bağlı danışarkən deyib.

“Bu çərçivədə “Eurofighter” təyyarələrinin tədarükü prosesi davam edir. Böyük Britaniya ilə aparılan danışıqlar nəticəsində müsbət addımlar atılıb və uyğun zaman çərçivəsində tədarük fəaliyyətlərinin tamamlanması hədəflənir. “Eurofighter” tədarükü ilə bağlı müqavilə mərhələsinə keçildikdə tərəfimizdən rəsmi məlumat veriləcək”, - o qeyd edib.

Seçilən
17
teleqraf.com

1Mənbələr