Bu il oktyabrın 1-nə Azərbaycanın strateji valyuta ehtiyatları 81 milyard 472,2 milyon ABŞ dolları təşkil edib.
Bunun 86,1 %-i və yaxud 70 milyard 161,7 milyon ABŞ dolları Dövlət Neft Fondunun (ARDNF), 13,9 %-i və yaxud 11 milyard 310,5 milyon ABŞ dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.
Bu ilin III rübündə ölkənin valyuta ehtiyatları 3 milyard 802,7 milyon ABŞ dolları və yaxud 4,9 % artıb. Belə ki, ARDNF-in valyuta ehtiyatlarında 3 milyard 646,1 milyon ABŞ dolları və yaxud 5,5 %, AMB-nin valyuta ehtiyatlarında isə 156,6 milyon ABŞ dolları və yaxud 1,4 % artım olub.
Son 1 ildə isə ölkənin valyuta ehtiyatları 7 milyard 978,8 milyon ABŞ dolları və yaxud 10,85 % artıb. İl ərzində ARDNF-in valyuta ehtiyatları 8 milyard 464,1 milyon ABŞ dolları və yaxud 13,7 % artım, AMB-nin valyuta ehtiyatları isə 485,3 milyon ABŞ dolları və yaxud 4,1 % azalma nümayiş etdirib.
ARDNF-in valyuta ehtiyatları (milyon ABŞ dolları)  | AMB-nin valyuta ehtiyatları (milyon ABŞ dolları)  | Azərbaycanın valyuta ehtiyatları (milyon ABŞ dolları)  | |
01.10.2025  | 70 161,7  | 11 310,5  | 81 472,2  | 
01.07.2025  | 66 515,6  | 11 153,9  | 77 669,5  | 
01.04.2025  | 62 740,2  | 11 026,5  | 73 766,7  | 
01.01.2025  | 60 031,4  | 10 959,5  | 70 990,9  | 
01.10.2024  | 61 697,6  | 11 795,8  | 73 493,4 
  | 
Hər gün yeni vakansiyalar - AzVak.az-da
© Report