Azərbaycan Respublikasının hökuməti tərəfindən görülmüşmərhələli və koordinasiyalı tədbirlər nəticəsində 22 oktyabr2025-ci il tarixində Suriya Ərəb Respublikasından 6 nəfər (2 qadınvə 4 uşaq) Azərbaycan Respublikası vətəndaşının ölkəmizərepatriasiyası həyata keçirilib.
İlk növbədə repatriantların yeri, şəxsiyyəti və AzərbaycanRespublikası vətəndaşlığına mənsubiyyəti müəyyən edilib.
Azərbaycan vətəndaşlarının repatriasiyasına məsul olan müvafiqdövlət qurumlarının nümayəndələri Suriyaya ezam edilib,repatriantların ilkin tibbi və psixoloji müayinəsinin həyatakeçirilməsi təmin olunub.
Repatriantların sosial reabilitasiyası və cəmiyyətəreinteqrasiyası istiqamətində müvafiq tədbirlərin həyatakeçirilməsi nəzərdə tutulur.
Səfər zamanı vətəndaşlarımızın repatriasiyası ilə bağlıSuriyanın aidiyyəti dövlət qurumları ilə bir sıra görüşlər dəkeçirilib.
Xarici ölkələrin ərazisində silahlı münaqişənin qurbanınaçevrilmiş Azərbaycan Respublikası vətəndaşlarının repatriasiyasıüçün zəruri tədbirlərin görülməsi davam etdiriləcək.