AZ

Deputat Sevil Mikayılova IPU 151-ci Assambleyasının Cenevrədə keçirilən Ümumi debatlarında çıxış edib

Bakı. Trend:

Beynəlxalq Parlamentlərarası İttifaqın (İPU) Azərbaycandan olanvitse-prezidenti, deputat Sevil Mikayılova İPU 151-ciAssambleyasının Cenevrədə (İsveçrə) keçirilən “Humanitar normalarariayyət və böhran şəraitində humanitar fəaliyyətə dəstək”mövzusunda ümumi debatlarda çıxış edib.

Trend xəbər verirki, öz çıxışında S. Mikayılova Azərbaycanın qlobal humanitarfəaliyyətə çoxtərəfli və inklüziv yanaşmasının olduğunuvurğulayıb.

“Azərbaycan münaqişə şəraitində insan hüquqlarının qorunmasınasadiqdir. 2002-ci ildən etibarən ölkəmiz BMT Baş Assambleyasının“İtkin düşmüş şəxslər” qətnaməsinin əsas həmmüəllifidir və BMT-ninQadınların Statusu Komissiyasının “Silahlı münaqişələrdə girovgötürülmüş qadın və uşaqların azad edilməsi haqqında” qətnaməsinidəstəkləyir. 2023-cü ilin sentyabrında Azərbaycan Beynəlxalq İtkinDüşmüş Qurbanlar Gününə həsr olunmuş və itkin düşmüş şəxslərə dairilk beynəlxalq konfransı təşkil edib”, - deyə S. Mikayılova əlavəedib.

Millət vəkili həmçinin bildirib ki, parlamentlər humanitarböhranlara reaksiyada mühüm rol oynayır.

Onun sözlərinə görə, bu məqsədlə siyasi iradənin səfərbəredilməsi, inklüziv idarəetmənin təşviqi və ictimai dialoqungücləndirilməsi vacibdir. Çoxsəviyyəli, inklüziv və ədalətliyanaşmanın tətbiqi son dərəcə vacibdir.

“Parlamentlər birgə fəaliyyət göstərərək beynəlxalq təşkilatlarıoperativ reaksiya üçün səfərbər etməli və humanitar yardımməsələlərini beynəlxalq gündəmdə saxlamalıdırlar. Parlamentlərarasıİttifaq öz növbəsində mövcud boşluqların aradan qaldırmaq məqsədiləişçi qrupunun yaradılması və ya fövqəladə iclasın keçirilməsiimkanını nəzərdən keçirə bilər”, - deyə S. Mikayılovavurğulayıb.

Qeyd edək ki, IPU 151-ci Assambleyası 19-23 oktyabr tarixlərindəCenevrədə keçirilir. Assambleya çərçivəsində İPU-nun bütünnizamnamə orqanları – Rəhbər Şura, daimi komitələr, Parlamentüzvlərinin insan hüquqları üzrə Komitə, Yaxın Şərq məsələləri üzrəKomitə, Qadın parlament üzvləri Forumu və Gənc deputatlar Forumutoplanır.

Seçilən
8
4
az.trend.az

5Mənbələr