AZ

Qahirə: “Qəzzada tək qalmaq istəmirik”

AzVision.az xəbər verir ki, mənbələrə istinad edən “The National” qəzeti belə məlumat yayıb.

Nəşrin mənbələri Misir hakimiyyətinin beynəlxalq kontingentə kimin rəhbərlik etməli olduğuna dair mövqeyinə yenidən baxmasının səbəblərini dəqiqləşdirməyib.

“ABŞ-nin aparıcı tərəf kimi iştirakı sabitləşdirmə qüvvələrinə daha çox səlahiyyət verəcək və qalan missiya iştirakçılarının təhlükəsizliyini təmin edəcək. Qahirə öz qoşunlarının silahlı qruplarla vuruşmamasını yox, Qəzzada təhlükəsizliyi təmin etmələrini və sabitliyi qorumasını istəyir”, - mənbələr əzetə açıqlamalarında deyiblər.

Netanyahu:“İsrail öz qayğısını özü çəkəcək” | VİDEO
Materialda həmçinin bildirilir ki, Misir Türkiyənin missiyaya daxil edilməsində israrlıdır, İsrailin baş naziri Binyamin Netanyahu isə Qəzzada türk hərbçilərinin olmasına qarşıdır.

“The National” qəzetinin yazdığına görə, 4000 hərbçidən az olmayacaq kontingent ağır silahlarla təchiz edilməyəcək və onların mandatı sülhməramlı missiyaların mandatı ilə eyni olacaq.

Bu hərbi kontingentin səhra xəstəxanalarını yerləşdirməsi, kritik infrastrukturu bərpa etməsi və 3000 yerli könüllü ilə birlikdə axtarış-xilasetmə əməliyyatları aparması gözlənilir.

Xatırladaq ki, bundan əvvəl Böyük Britaniyanın “The Guardian” qəzeti Misirin Qəzza zolağında iştirakı planlaşdırılan beynəlxalq hərbi kontingentə rəhbərlik edə biləcəyini yazıb.

Qəzetin məlumatına görə, Azərbaycan, İndoneziya və Türkiyə də sabitləşdirici qüvvələrin formalaşdırılmasında iştirak etməyi düşünür, lakin onların niyyətlərinin rəsmi təsdiqi hələ alınmayıb.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
18
1
azvision.az

2Mənbələr