AZ

Yarım milyonluq ofis qalmaqalı: “AMAY” rəhbərliyi məğlub oldu

Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində yerləşən "AMAY" ticarət mərkəzində sahibkarla rəhbərlik arasında yaranan mübahisə məhkəmə qərarı ilə sahibkarın xeyrinə həll olunub.

Publika.az teleqraf-a istinadən xəbər verir ki, ümumi sahəsi 755 kvadratmetr olan ofisləri satın alan sahibkar uzun müddət ticarət mərkəzinin yaratdığı süni maneələrlə üzləşib.

İddiaya görə, rəhbərlik sahibkara qaz, işıq və su xətlərinin çəkilməsində qəsdən problemlər yaradıb və kommunal xidmətlərdən yalnız onların müəyyən etdiyi şərtlərlə istifadə etməyə icazə verəcəyini bildirib.

Sahibkar isə bununla razılaşmayaraq aidiyyəti dövlət qurumlarına müraciət edib və ofisləri üçün abonent kodu almağa çalışıb. Lakin qurumlar ticarət mərkəzindən razılıq məktubu tələb etdiyindən, rəhbərlik bu məktubu verməkdən imtina edib. Yarım milyon manata yaxın vəsait xərcləyən sahibkar iddia edib ki, 180 min manatdan artıq ziyana düşüb.

Seçilən
18
8
publika.az

9Mənbələr