AZ

Heyvan bazarlarında fəaliyyətlər nə zaman bərpa olunacaq?

Bakı. Trend:

“Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) müvafiqqərarlarına əsasən, dünyada və regionda müşahidə olunan heyvanxəstəlikləri ilə bağlı dövri qiymətləndirmələr aparılır. Sondövrlərdə əldə edilən məlumatlar göstərir ki, Cənubi Qafqazregionuna daxil olan bir sıra ölkələrdə xüsusi təhlükəli heyvanxəstəliklərinin yayılma riski mövcuddur”. Bu barədə Azərbaycan QidaTəhlükəsizliyi Agentliyinin şöbə müdiri, Respublikanın baş dövlətbaytarlıq müfəttişi Qalib Əbdüləliyev bildirib. Onun sözlərinəgörə, ölkəmizdə də endemik xarakter daşıyan xüsusi təhlükəli heyvanxəstəlikləri mövcuddur. Buna görə həm ölkəmizi xaricdən keçəbiləcək xəstəliklərdən qorumaq, həm də ölkə daxilində mövcudxəstəliklərin yayılmasının qarşısını almaq məqsədilə müvafiqməhdudlaşdırıcı tədbirlərin həyata keçirilməsi zərurətiyaranmışdır.

Qalib Əbdüləliyev qeyd edib ki, xüsusi təhlükəli xəstəliklər,əsasən, bir heyvandan digərinə birbaşa təmas (kontakt) yolu iləkeçdiyindən, bu baxımdan ən riskli məkanlardan biri heyvanbazarları hesab olunur. Bu səbəbdən qərara alınıb ki, 25 oktyabrtarixindən etibarən respublika ərazisində bütün heyvan bazarlarınınfəaliyyəti müvəqqəti olaraq məhdudlaşdırılsın.

Sitat: “Məhdudiyyət tədbirləri mərhələli şəkildə tətbiq olunur.Son bir həftə ərzində əhali arasında məlumatlandırma vəmaarifləndirmə işləri aparılmış, bazarlarda baytarlıq-sanitariyavəziyyəti qiymətləndirilmişdir. Bu addımın əsas məqsədi heyvanlararasında təmasın qarşısını almaq və xəstəliklərin yayılma riskiniminimuma endirməkdir”.

Qalib Əbdüləliyev vurğulayıb ki, heyvanların satışı birbaşaheyvandarlıq təsərrüfatlarında həyata keçiriləcək və buna hər hansıməhdudiyyət qoyulmur.

Eyni zamanda Azərbaycan Qida Təhlükəsizliyi AgentliyininKollegiyasının qərarı ilə “Heyvan bazarlarına dairbaytarlıq-sanitariya norma və qaydaları” təsdiq edilmişdir.Göstərilən sənədin tələblərinə uyğun olaraq bazarlarda yenidənqurmaişləri aparıldıqdan və zəruri infrastruktur təmin edildikdən sonraonların fəaliyyəti bərpa olunacaq.

Seçilən
4
27
az.trend.az

10Mənbələr