AZ

Paşinyan: Bir daha deyirəm, Əliyevin bu qərarı...

Ermənistan Baş naziri Nikol Paşinyan növbəti dəfə Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistana yükdaşımalara qoyulan məhdudiyyətləri aradan qaldırmaq qərarına münasibət bildirib.
Teleqraf xəbər verir ki, o, bu barədə Ermənistan hökumətinin iclasında danışıb.
O xatırladıb ki, Tbilisidə artıq Azərbaycan Prezidentinin qərarını yüksək qiymətləndirdiyini və bunu alqışladığını deyib.

“Eyni şeyi burada da etmək istəyirəm, çünki bu, çox vacib qərardır və göstərir ki, Vaşinqton Bəyannaməsi və əldə olunmuş razılaşmalar bəzi yerlərdə şübhə edildiyi kimi, sadəcə bəyanatlar deyil. Onlar, bəli, bəyanatdır, amma konkret nəticələrə gətirib çıxaran bəyanatlar” – Paşinyan vurğulayıb.
Seçilən
55
1
sherg.az

2Mənbələr