GlobalInfo saytına istinadən ain.az xəbər verir.
“NATO üzv ölkələrin hava məkanını pozan Rusiya təyyarələrini ələ keçirəcək. Ancaq birbaşa təhlükə törətdiyi təqdirdə onları vuracaq”.
Globalinfo.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Mark Rutte deyib.
“Təhlükə yaratmasalar, həmin təyyarələr NATO hava məkanında ehtiyatla müşayiət olunacaq”, – o qeyd edib.
Rutte vurğulayıb ki, ABŞ Prezidenti Donald Tramp Ukraynadakı müharibəni bitirməkdə düzgün yanaşma nümayiş etdirir:
“Biz Vladimir Putinin hesablamalarını birlikdə dəyişə bilərik. Tramp həqiqətən sülhpərvərdir. O, müharibəni bitirmək istəyir”, – deyən Rutte, Trampın ölümlərə son qoymaq vədinə əməl edəcəyinə inandığını bildirib.
Safura Bənnayeva
Globalinfo.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.