Bakı. Trend:
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) “Tegeta Motors”şirkəti üçün Gürcüstanın paytaxtı Tbilisidə yük avtomobilləri vəağır texnika yönümlü yeni servis mərkəzinin tikintisinə 25 milyonavro həcmində təminatlı prioritetli kreditin ayrılmasınıtəsdiqləyib.
Trend bu barədəAYİB-ə istinadən xəbər verir.
Qeyd olunur ki, layihənin ümumi dəyəri 31,8 milyon avro təşkiledir.
“Layihə ölkənin avtomobil sektorunun əsas infrastrukturununinkişafına və mütəxəssislərin peşəkarlıq səviyyəsinin artırılmasınayönəlib. “Tegeta Academy” təşəbbüsü çərçivəsində mexaniklər və ağırtexnika operatorları üçün təlim imkanları genişləndiriləcək ki, buda sahədə artan tələbatı qarşılamağa imkan verəcək”, - bankməlumatında qeyd olunur.
Məlumata görə, şirkət AYİB-in dəstəyi ilə korporativ idarəetməüzrə Kompleks Fəaliyyət Planını həyata keçirəcək. Bunun məqsədişəffaflığı, direktorlar şurasının fəaliyyətinin səmərəliliyini vəbeynəlxalq standartlara uyğunluğu artırmaqdır.
AYİB layihənin icrasına ekoloji və sosial aspektlər üzrə illikhesabatlar vasitəsilə nəzarət edəcək, zərurət yarandıqda isəobyektə səfərlər həyata keçirəcək. Bankın maliyyə dəstəyi hüquqiauditin aparılması və korporativ idarəetmənin tətbiqi üçün texnikiəməkdaşlıq və qrantları, eləcə də Gürcüstanın avtomobil sənayesindəbacarıqların inkişafını əhatə edir”,- məlumatda qeyd olunur.