Avropa İttifaqının (Aİ) təsdiqlədiyi 19-cu sanksiya paketi çərçivəsində Rusiyanın mayeləşdirilmiş təbii qazının (LNG) idxalına qısamüddətli müqavilələr üçün 6 ay ərzində və uzunmüddətli müqavilələr üçün 1 yanvar 2027-ci ildən etibarən qadağa qoyulması nəzərdə tutulur.
Xezerxeber.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
Sanksiya siyahısına "kölgə donanması"nın daha 117 tankeri daxil edilib, bununla da sanksiya altında olan gəmilərin ümumi sayı 558-ə çatır.
"Maliyyə" blokuna qarşı məhdudlaşdırıcı tədbirlər aşağıdakıları əhatə edir: Rusiya tərəfindən istifadə olunan təyyarə və gəmilərin üçüncü ölkəyə satıldıqdan sonra ilk 5 il ərzində sığortalanmasının qadağan edilməsi; beş Rusiya bankı ilə əməliyyatlara tam qadağa qoyulması və elektron ödəniş sistemlərinə, xüsusilə "Mir" sisteminə mövcud qadağanın, eləcə də Belarus və Qazaxıstandakı daha dörd banka qarşı sanksiyaların genişləndirilməsi.