AZ

Trampın Çinlə bağlı açıqlaması: “Mütləq danışacağıq”

ABŞ Prezidenti Donald Tramp Çin lideri Si Cinpinlə keçirəcəyi görüşlə bağlı açıqlamalar verib.

Editor.az xəbər verir ki, Tramp görüşün əsas mövzularının nüvə məsələləri, Çinin Rusiyadan neft alışları və Ukrayna müharibəsi ola biləcəyini bildirib.

ABŞ prezidenti həmçinin Si Cinpini yüksək dəyərləndirərək onu bir çox insana böyük təsir göstərə bilən hörmətli insan kimi xarakterizə edib.

“Düşünürəm ki, biz bir çox məsələdə razılaşacağıq. Soya və fermerlərlə bağlı sövdələşmələr aparacağıq, hətta nüvə məsələləri üzrə də razılığa gələ bilərik. Onunla əsas müzakirə mövzum Rusiya ilə Ukrayna arasındakı böhranın necə həll olunacağı olacaq — istər neft, istər enerji, istərsə də başqa sahələrdə. Məncə, o, çox anlayışlıdır və bir çox insana böyük təsir göstərə bilər”, – Tramp qeyd edib.

//Gülnarə Abasova, Editor.az

Seçilən
39
editor.az

1Mənbələr