Avropa İttifaqının (Aİ) xarici siyasət üzrə direktoru Kaya Kallas bildirib ki, Aİ Rusiya Federasiyasına qarşı sanksiyaların 19-cu raundunu qəbul edib.
Busaat.az xəbər verir ki, o, məhdudiyyətlərin Rusiya banklarını, Hindistan və Çindəki şirkətləri və kriptovalyuta birjalarını hədəf aldığını açıqlayıb
“Biz indicə 19-cu sanksiya paketini qəbul etdik”, – deyə Kallas X-də yazıb.
Daha əvvəl bildirmişdi ki, Aİ səfirləri Rusiyaya qarşı 19-cu sanksiyalar paketi ilə bağlı razılığa gəliblər.
Avropa Komissiyasının sədri Ursula fon der Leyenin sözlərinə görə, Moskvaya qarşı 19-cu sanksiyalar paketinə Rusiyanın hərbi sənaye kompleksinə birbaşa və ya dolayı dəstək verdiyi iddia edilən 45 rus və xarici şirkət daxil olacaq.
Yeganə