“Bravo”da satılan “veşenka” göbələyin kifli olmasına dair görüntü yayılıb.
Pravda.az xəbər verir ki, “Koroğlu” metrostansiyasının yaxınlığında yerləşən “Bravo” hipermarketdən göbələk alan müştəri məhsulun kökünün kif bağladığını deyərək görüntüləri sosial şəbəkədə ictimailəşdirib.
““Vişenka” göbələyi aldıq, yaxşı görünürdü, qablaşdırmanı açanda gördük ki, kök hissəsi tamam kiflənib. Üstündəki tarix 21.10.2025 yazılmışdı, bu gün də 22.10.2025, yəni köhnə deyildi. Bəlkə, kif deyil, qablaşdırma açıldığı və yuyulduğu üçün marketə qaytara bilmədim. Zəhmət olmasa, işarələyin, satdıqları məhsulu görsünlər...” – o bildirib.
Pravda.az məsələni aydınlaşdırmaq üçün “Bravo”ya sorğu ünvanlayıb.
Şirkətdən verilən açıqlama belə olub: “Müştəri ilə əlaqə saxlanılıb. Artıq məlumatlıdır. Özünə məlumat verilib ki, kif deyil, göbələk növünün versiyasıdır. Müştəri bunu müsbət qarşıladı”.