AZ

Rusiya ilə neft müqavilələrinə yenidən baxılacaq – Hindistanda

 

Hindistanın dövlət neft emalı zavodları yanacağın birbaşa “Rosneft” və “Lukoil” şirkətlərindən gəlmədiyinə əmin olmaq üçün Rusiyanın neft ticarəti qeydlərini yoxlamağa başlayıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “The Economic Times” nəşri yazıb.

Nəşrin məlumatına görə, bu proses ABŞ-nin həmin şirkətlərə tətbiq etdiyi yeni sanksiyalar fonunda baş verir.

“Reuters” agentliyinin məlumatına görə, sənədləri yoxlayan Hindistan dövlət şirkətlərinə “Indian Oil Corp”, “Bharat Petroleum Corp”, “Hindustan Petroleum Corp” və “Mangalore Rafinery and Petrochemicals” daxildir.

Ticarət çevrələrindəki mənbələr bildiriblər ki, Hindistanın dövlət şirkətləri nadir hallarda Rusiya neftini birbaşa “Rosneft” və Lukoil” şirkətlərindən alırlar. Adətən alışlar vasitəçilərlə həyata keçirilir.

“Bloomberg” agentliyi adı açıqlanmayan Hindistan neft emalı zavodunun rəhbərlərinə istinadən xəbər verir ki, ABŞ-nin yeni sanksiyaları Rusiya neftinin davamlı tədarükünü qeyri-mümkün edəcək.

ABŞ Maliyyə Nazirliyi oktyabrın 22-də axşam ABŞ Rusiyanın “Rosneft”, “Lukoil” və onların 50% və ya daha çox paya sahib olduğu törəmə şirkətlərinə qarşı sanksiyalar elan edib. Vaşinqton onlara əməliyyatlarını məhdudlaşdırmaq üçün bir ay vaxt verib. ABŞ bu addımı “Rusiyanın sülh prosesinə ciddi maraq göstərməməsi” ilə izah edib.

Xatirə SADİQ

Seçilən
28
10
nocomment.az

10Mənbələr