AZ

Dövlət Neft Fondunun investisiya portfelində qızıl və daşınmaz əmlakın payı artıb

Bakı. Trend:

Bu ilin oktyabr 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF)investisiya portfelində istiqrazlar və pul bazarı alətlərininxüsusi çəkisi 34,7%-ə bərabər olub.

Bu barədə Trend ARDNF-yə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən il eyni dövrünə nisbətən 15,7 faiz bəndiazdır.

Eyni zamanda hesabat dövründə ARDNF-nin investisiya portfelindəsəhmlərin payı isə 25,8% təşkil edib ki, bu da 2024-cü ilin eynidövründəki göstərici ilə müqayisədə 0,4 faiz bəndi azdır.

Bundan başqa, Fondun investisiya portfelində qızılın payı17,7%-dən (127 ton) 32,8%-ə (184,8 ton) yüksəlib.

Cari ilin ilk 9 ayında ARDNF-nin investisiya portfelindədaşınmaz əmlak və infrastrukturun payı isə ötən ilin eyni dövrü iləmüqayisədə 1 faiz bəndi artaraq 6,7%-ə çatıb.

Hesabat dövrünə ARDNF-nin investisiya portfelinin dəyəri 70,160milyard ABŞ dolları təşkil edib ki, bu ötən ilin eyni dövrünənisbətən 9 milyard ABŞ dolları və ya 14,7% artım deməkdir.

Seçilən
93
az.trend.az

1Mənbələr