AZ

İspaniya ABŞ-ın Kiyev üçün silah alışına qoşulacaq

İspaniya Ukraynaya çatdırılmaq üçün Amerika silahlarının alınmasını maliyyələşdirəcək.

Busaat.az xəbər verir ki, bu barədə “El País” nəşri yazıb.

Onun sözlərinə görə, bir qədər tərəddüddən sonra Madrid NATO müttəfiqlərinin Kiyev üçün Amerika ehtiyatlarından silah aldığı PURL təşəbbüsünə qoşulmaq qərarına gəlib. 2024-cü ildə imzalanmış müqaviləyə əsasən, İspaniya artıq Ukraynaya hər il 1 milyard avro dəyərində yerli istehsal silahları tədarük edir.

Nəşrin qeyd etdiyi kimi, Aİ ciddi iqtisadi çətinliklərlə üzləşən Kiyevi dəstəkləməyə davam etmək yollarını axtarır. Qəzetin mənbələri İspaniyanın ödəməli olacağı məbləğin hələ müəyyən edilmədiyini dəqiqləşdirir.

Madridin Amerika hərbi texnikası alması krallıq və ABŞ arasında NATO daxilində müdafiə xərcləri ilə bağlı fikir ayrılıqları fonunda yaranan gərginliyi azaltmağa kömək edə bilər.

Oktyabrın 15-də İspaniyanın müdafiə naziri Marqarita Robles ölkənin PURL-ə qoşulma ehtimalını istisna etməyib.

Bu təşəbbüs iyulun 14-də ABŞ prezidenti Donald Tramp və NATO-nun baş katibi Mark Rutte tərəfindən irəli sürülüb. Sentyabrın 17-də alyansın Kiyevdəki nümayəndəsi Patrik Turner Amerikanın Ukraynaya silah tədarükünün davam etdiyini açıqlayıb.

Yeganə

 

Seçilən
74
busaat.az

1Mənbələr