AZ

Millinin müdafiəçisi üç ay yaşıl meydanlardan uzaq qalacaq

Azərbaycan millisinin və “Araz-Naxçıvan”ın müdafiəçisi Rahil Məmmədov ciddi zədə səbəbindən əməliyyat olunacaq.

Sportinfo.az xəbər verir ki, hazırda AFFA-nın və futbolçunun ortaq qərarı ilə əməliyyat planlaşdırılır.

Rahil Məmmədov ən azı üç ay yaşıl meydanlardan uzaq qalacaq.

O, Ukrayna millisinə qarşı DÇ-2026-nın seçmə mərhələsinin oyunundan əvvəl, məşq zamanı zədələnib.

Polşanın Krakov şəhərində keçirilmiş Ukrayna - Azərbaycan oyunu rəqibin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Seçilən
8
sportinfo.az

1Mənbələr