AZ

Uşaq Hüquqları Aylığı çərçivəsində Naftalanda hüquqi maarifləndici tədbir keçirilib

Hurriyyet saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva tərəfindən elan olunmuş “Uşaq Hüquqları Aylığı” çərçivəsində OmbudsmanınQərb Regional Mərkəzinin təşəbbüsü, Naftalan şəhər İcra Hakimiyyətinin və Daxili İşlər Nazirliyinin Naftalan şəhər polis şöbəsinin birgə təşkilatçılığı ilə Naftalan şəhər 1 saylı tam orta məktəbində “Uşaqlar öz hüquqlarını necə başa düşür” mövzusunda hüquqi-maarifləndici tədbir təşkil edilib.

Tədbirdə Regional Mərkəzin rəhbəri Səbuhi Abbasov Ombudsmanın uşaq hüquqlarının müdafiəsi sahəsində həyata keçirdiyi geniş fəaliyyət barədə məlumat verib. Eyni zamanda, Ombudsmana müraciət üsulları, o cümlədən “916” Çağrı Mərkəzi barədə məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.

Daha sonra tədbirdə mövzu üzrə çıxışlar dinlənilib, məktəblilərin sualları cavablandırılıb.

Hurriyyet.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
14
3
hurriyyet.az

4Mənbələr