Pakistan Senatının sədri Syed Yusuf Raza Gilani Azərbaycana səfər edəcək.
7News.Az "Report"a istinadən xəbər verir ki, sədr Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın dəvəti ilə Bakıya oktyabrın 29-da gələcək.
Səfər çərçivəsində o, oktyabrın 29-da Bakıda keçiriləcək Milli Məclisin Azərbaycan Konstitusiyanın 30-cu ildönümünə həsr olunmuş beynəlxalq konfransında iştirak edəcək.