AZ

Rusiyaya qarşı 19-cu sanksiyalar paketi rəsmən təsdiqləndi

Avropa İttifaqı (Aİ) ölkələri Rusiyaya qarşı 19-cu sanksiyalar paketini rəsmən təsdiqləyib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Aİ Şurası məlumat yayıb. 

“19-cu paket digər ölkələrin bayraqları altında Rusiya neftini daşıyan 100-dən çox tankerə qarşı məhdudiyyətləri əhatə edir. Paket çərçivəsində həmçinin Rusiya mayeləşdirilmiş təbii qazının (LNG) ixracına qadağa qoyulub”, - məlumatda deyilir.  

Bundan başqa, yeni sanksiyalar Rusiya diplomatlarının Aİ-yə üzv ölkələrin ərazisində hərəkətinin məhdudlaşdırılmasını nəzərdə tutur. 

"Cebheinfo.az" 

Seçilən
83
cebheinfo.az

1Mənbələr