AZ

ABŞ Rusiyaya qarşı böyük sanksiya paketi qəbul edib

AzVision.az xəbər verir ki, OFAC bu qərarını Moskvanın “sülh prosesinə ciddi maraq göstərməməsi” ilə əsaslandırıb.

“Bugünkü sanksiyalar Rusiyanın iki ən böyük neft şirkəti: “Rosneft Oil Company” və “Lukoyl”u hədəfə alır”,– ABŞ Maliyyə nazirliyinin mətbuat xidmətinin bəyanatında deyilir.

ABŞ-nin sanksiyalarının tətbiqi fonunda “Lukoyl” və “Rosneft” şirkətlərinin səhmləri kəskin ucuzlaşmağa başlayıb.

The Telegraf:“Aİ Ukrayna üzrə plan hazırlayıb”
Amerikanın Maliyyə naziri Skott Bessent yeni paketin Vaşinqtonun Moskvaya qarşı sanksiyalar siyasəti tarixində ən geniş paketlərdən biri olacağını vurğulayıb.

- Bu, Rusiyaya qarşı indiyə qədər tətbiq etdiyimiz ən böyük sanksiya paketlərindən biridir. Söhbət “təzyiqlərin əhəmiyyətli dərəcədə artmasından” gedir. Sanksiyalar yerli vaxtla oktyabrın 22-də və ya 23-də səhər qüvvəyə minəcək”, - nazir “Fox News” telekanalına müsahibəsində bildirib.

Sanksiyaların təfərrüatlarını açıqlamayan Bessent Moskvanın Ukrayna danışıqlarındakı mövqeyinə görə Vaşinqtonun məhdudiyyətləri gücləndirdiyinə diqqət çəkib. Onun sözlərinə gör, Rusiya prezidenti Putin Ağ Evin ümid etdiyi kimi dürüst və açıq şəkildə danışıqlar masası arxasına oturmadı.

Scott Bessent həmçinin əvvəlki görüşləri, o cümlədən Alyaskadakı sammiti xatırladaraq, “vəziyyətin irəliləmədiyini anlayan” Amerika liderinin danışıqları tərk etdiyini diqqətə çatdırıb:“Prezident bu danışıqların gedişatından məyusdur”.

Yeri gəlmişkən, oktyabrın 22-də NATO-nun baş katibi Mark Rütte ilə görüşündə Rusiyaya qarşı yeni sanksiyalar paketini şərh edən ABŞ prezidenti Donald Tramp “Mən hiss etdim ki, vaxtıdır. Biz çox gözldik” ifadəsini işlədib.

Xatırladaq ki, bu görüşdə NATO-nun baş katibi Ağ Evin rəhbərinə Avropa İttifaqının (Aİ) Ukrayna üzrə hazırladığı yeni planı təqdim edib.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
7
azvision.az

1Mənbələr