AZ

Neft Fondunun büdcə gəlirləri azalıb, xərcləri artıb

Bakı. Trend

Bu ilin sentyabr ayının sonuna Azərbaycan Respublikası DövlətNeft Fondunun (ARDNF) büdcə gəlirləri 13,073 milyard manatolub.

Trend bubarədə ARDNF-dan məlumat əldə edib.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə1,9 milyard manat və ya 12,9% azdır.

Belə ki, ötən ilin yanvar-sentyabr aylarında Fondun büdcəgəlirləri 15,004 milyard manat idi.

Hesabat dövründə Fondun büdcə xərcləri 10,918 milyard manattəşkil edib ki, bu da, illik müqayisədə 1,3 milyard manat və ya13,3% çoxdur.

2024-cü ilin birinci rübündə Fondun büdcə xərclərinin həcmi9,634 milyard manat idi.

Bəhs olunan dövrdə ARDNF-nin neft və qaz sazişlərinin həyatakeçirilməsi ilə bağlı gəlirləri 7,838 milyard manat, o cümlədən,mənfəət neftinin və qazın satışından 7,069 milyard manat, bonusödənişləri və tranzit gəlirləri 765,3 milyon manat təşkil edib.Sözügedən dövr ərzində ARDNF-yə AÇG yatağından 6,184 milyard manat,Şahdəniz yatağından isə 697 milyon manat məbləğində vəsait daxilolub.

Fondun vəsaitlərinin idarə olunmasından əldə edilən gəlirlər5,236 milyard manat təşkil edib. Valyuta məzənnələrinindəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar gəlirihesabat dövrü üzrə 15,066 milyard manat olub.

2025-ci ilin yanvar-sentyabr aylarında aşağıdakı icrası davamedən layihələrə 34,3 milyon manat yönəldilib. O cümlədən,“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsilsisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə DövlətProqramı”nın maliyyələşməsinə 8,2 milyon manat, “Gənclərin xariciölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair2022–2028-ci illər üçün Dövlət Proqramı” nın maliyyələşməsinə 26,1milyon manat vəsait sərf edilib.

Sözügedən dövrdə, ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri22,9 milyon manat təşkil edib. Məlumat üçün qeyd edək ki, ARDNFtərəfindən 2025-ci ilin yanvar-sentyabr ayları ərzində AzərbaycanRespublikası Mərkəzi Bankının vasitəçiliyi ilə həyata keçirilənhərraclarda 4,350 milyard ABŞ dolları məbləğində vəsaitsatılıb.

Qeyd edək ki, ARDNF missiyası tükənən təbii sərvətlərdən əldəolunan gəlirlərin toplanması və Azərbaycan xalqının bugünkü vəgələcək nəsillərinin daimi gəlir mənbəyinə çevrilməsidir. ARDNF-ninyaradılmasında əsas məqsəd ölkənin neft sərvətlərinin səmərəli vəməqsədyönlü idarə edilməsinə şərait yaratmaqdır.

ARDNF-nin fəaliyyəti ölkədə makroiqtisadi sabitliyin qorunması,maliyyə-vergi intizamının təmin edilməsi, neft gəlirlərindənasılılığın azaldılması və qeyri-neft sektorunun inkişafının təminedilməsinin, ölkənin sosial-iqtisadi tərəqqisi naminə mühümümummilli layihələrin maliyyələşdirilməsinin, neft və qazın bərpaedilməyən təbii ehtiyat olduğunu nəzərə alaraq, onlardan əldəedilən gəlirin nəsillər arasında bərabər bölüşdürülməsi və gələcəknəsillər üçün ehtiyat vəsaitin toplanmasının həllinəyönəldilib.

Seçilən
43
az.trend.az

1Mənbələr