AZ

Aİ Rusiyaya qarşı 19-cu sanksiyalar paketini təsdiqləyib

“Avropa İttifaqı (Aİ) Rusiyanın “kölgə donanması”na və mayeləşdirilmiş təbii qaz idxalına qarşı yeni sanksiyalar paketini təsdiqləyib”.

Missiya.Az xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas özünün “X” sosial media hesabında məlumat yayıb.

"Biz indicə 19-cu sanksiya paketimizi təsdiqlədik. O, digər şeylərlə yanaşı, Rusiya banklarını, kriptovalyuta birjalarını, Hindistan və Çindəki biznesləri hədəfləyir", - deyə siyasətçi vurğulayıb.

Onun sözlərinə görə, Aİ sabitliyi pozmaq cəhdlərinə qarşı çıxmaq üçün rus diplomatlarının hərəkətini məhdudlaşdırır.

"Rusiya Prezidenti Vladimir Putin üçün bu müharibəni maliyyələşdirmək getdikcə çətinləşir", - deyə Kallas əlavə edib.

Daşqın HəsənovMissiya.Az

Seçilən
29
missiya.az

1Mənbələr