AZ

Prezident İlham Əliyev Viktor Orbanı təbrik edib

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MacarıstanınBaş naziri Zati-aliləri cənab Viktor Orbana təbrik məktubuünvanlayıb.

Trend xəbər verir ki,məktubda deyilir:

"Hörmətli cənab Baş nazir,

Macarıstanın milli bayramı münasibətilə Sizi və bütün xalqınızıöz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoşarzularımı çatdırıram.

Dost ölkə və strateji tərəfdaşımız olan Macarıstanladövlətlərarası əlaqələrimizin bugünkü səviyyəsi məmnunluq doğurur.Şübhəsiz ki, qarşılıqlı səfərlər, müntəzəm təmaslar, sıxəməkdaşlığımız bu münasibətlərin daha sürətlə inkişafına vəmöhkəmlənməsinə şərait yaradır.

Hazırda ikitərəfli gündəliyimizdə duran məsələlərin əhatədairəsi çox genişdir. Sevindirici haldır ki, Azərbaycan iləMacarıstan arasında əməkdaşlıq gündən-günə dərinləşir, enerjisahəsində səmərəli tərəfdaşlıq münasibətləri yüksələn xətt üzrəinkişaf edir. Siyasi dialoqumuzun intensivliyi bütün sahələrdəqarşılıqlı fəaliyyətimizin yeni məzmunla zənginləşməsində mühüm roloynayır.

Beynəlxalq təşkilatlar, xüsusilə də Türk Dövlətləri Təşkilatıçərçivəsində qarşılıqlı fəaliyyətimizi ayrıca qeyd etmək istərdim.Bu il ərzində mənim Budapeştdə, Sizin isə Qəbələdə təşkilatın zirvəgörüşlərində iştirakımız xalqlarımız və dövlətlərimiz arasındabirliyin və həmrəyliyin daha da möhkəmlənməsinə, çoxtərəflimüstəvidə əlaqələrimizin genişlənməsinə verdiyimiz əhəmiyyətingöstəricisidir.

Əminəm ki, Azərbaycan-Macarıstan dostluq münasibətlərinin vəstrateji tərəfdaşlığının xalqlarımızın iradəsinə uyğun olaraq dahada gücləndirilməsi və dərinləşdirilməsi yolunda birgə səylərimizibundan sonra da müvəffəqiyyətlə davam etdirəcəyik.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik,dövləti fəaliyyətinizdə uğurlar, dost Macarıstan xalqına daiməmin-amanlıq və rifah arzulayıram".

Seçilən
57
49
az.trend.az

10Mənbələr