AZ

İcbari Tibbi Sığorta Fondu cari ildə gəlirini 360 milyon manat artırıb

ain.az bildirir, Oxu.az portalına istinadən.

2025-ci ilin yanvar-sentyabr aylarında İcbari Tibbi Sığorta Fondu 1 milyard 525.2 milyon manat gəlir əldə edib və 1 milyard 685.3 milyon manat xərcləyib.

Oxu.Az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə gəlirlər 360.4 milyon manat və ya 27.2% artıb.

2024-cü ilin yanvar-sentyabr aylarında fondun gəliri 1 milyard 198.8 milyon manat təşkil edib.

Qeyd edək ki, cari ilin dövlət büdcəsindən İcbari Tibbi Sığorta Fonduna 1 milyard 416.4 milyon manat ayrılması nəzərdə tutulub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
68
oxu.az

1Mənbələr