İsrail ordusu Suriyanın Dəra vilayətinə hücum edib.
Publika.az xəbər verir ki, bu barədə "Əl-İxbariyyə" məlumat yayıb.
"İsrail işğalçı qüvvələri Dəra vilayətinin qərbində yerləşən Quveyya kəndinin şimal-qərbini üç müxtəlif növ mərmi ilə atəşə tutublar", - məlumatda bildirilib.
Qeyd olunub ki, hücum Dəranın Əl-Cəzirə bölgəsindəki hərbi bazadan həyata keçirilib.