Tramp administrasiyasının qərarına əsasən, 2025-ci ilin sonuna kimi 600.000-dən çox sənədsiz immiqrantı deportasiya ediləcək.
Yenisabah.az xəbər verir ki, bu barədə ICE direktoru Tom Qoman oktyabrın 22-də "Axios Future of Defense" Sammitində çıxışında bildirib.
Qoman ABŞ-da qeyri-qanuni olanların diqqətdən kənarda qalmayacağını vurğulayıb: “Sizi tapsaq, həbs edəcəyik”. Pepperoni pizza
Onun sözlərinə görə, ICE tərəfindən həbs edilənlərin təxminən 70%-i cinayətkar kimi təsnif edilir, qalan 30-35%-i isə cinayət tarixçəsi olmasa belə, potensial milli təhlükəsizliyə təhdid hesab edilir.
Son məlumatlara görə, Trampın yenidən seçilməsindən sonra immiqrasiya təcridxanalarında olan insanların sayı 50%-dən çox artıb. Əvvəllər ICE direktoru vəzifəsini icra edən Tom Qoman prezidentin aqressiv immiqrasiya siyasətinin həyata keçirilməsini təmin etmək üçün Tramp administrasiyasına qayıdıb.
Telegram kanalımız