AZ

ABŞ Rusiyanın iki məşhur şirkətinə sanksiya tətbiq etdi

ABŞ prezidenti Donald Trampın gələn həftə Budapeştdə Vladimir Putinlə planlaşdırılan görüşünü ləğv etdiyi barədə xəbər vermişdik. O qeyd edib ki, Rusiya lideri ilə danışıqlar həmişə yaxşı gedir, lakin heç vaxt heç nəyə gətirib çıxarmır.

Vətəninfo.az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyinin “Rosneft” və “Lukoyl”a qarşı tətbiq etdiyi yeni sanksiyaları şərh edən Tramp onların uzunmüddətli olmayacağına ümid etdiyini bildirib.

O, NATO-nun baş katibi Mark Rutte ilə görüşdən sonra Oval Ofisdə jurnalistlərə açıqlamasında “Bunlar çox ciddi sanksiyalardır… Ümid edirik ki, onlar uzunmüddətli olmayacaq. Sadəcə vaxtın çatdığını hiss etdim. Çox gözlədik. Ümid edirik ki, müharibə həll olunacaq”.

Onu da əlavə edək ki, ABŞ “Rosneft” və “Lukoyl”a qarşı sanksiyalar tətbiq edib. Bunlar Trampın dövründə Rusiyaya qarşı tətbiq edilən ilk yeni sanksiyalardır.

“Bugünkü sanksiyalar Rusiyanın iki ən böyük neft şirkəti: “Rosneft” və “Lukoyl”u hədəf alır”, – deyə bəyanatda bildirilir.

Departament əlavə edib ki, ABŞ Maliyyə Nazirliyi zərurət yaranarsa, prezident Trampın münaqişəyə son qoymaq səylərini dəstəkləmək üçün əlavə tədbirlər görməyə hazırdır.

Seçilən
6
veteninfo.az

1Mənbələr