Bakı. Trend:
Daha 7 mikro və kiçik sahibkarlıq subyektinin iri ticarətşəbəkələrinə çıxışına dəstək göstərilib. KOB subyektlərininpeçenye, konserv məhsulları, meyvə qurusu, cem, qurudulmuş ət,toyuq məhsulları, soyuq sıxım əzmələr, günəbaxan yağları və s.məhsullarının “Bolmart” və “Megastore” ticarət şəbəkələrindəsatışına başlanılıb. İstehlakçılar müvafiq ticarət şəbəkələrindəkixüsusi stenddən KOB subyektlərinin məhsullarını ala bilərlər.
Bununla da dövlət dəstəyi hesabına, güzəştli şərtlərlə ticarətşəbəkələrində məhsullarının satışına dəstək göstərilmiş KOBsubyektlərinin sayı 2025-ci ilin ötən dövründə 44 olmaqla,ümumilikdə 136-ya çatıb.
Qeyd edək ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA)mikro və kiçik sahibkarların istehsal etdikləri məhsulların dövlətdəstəyi hesabına tanıdılmasına və satışına dəstək üçün iri ticarətşəbəkələrində ayrıca stendlər götürərək, bu məhsulların satışınıtəşkil edir. Bu dəstək həmçinin, KOB-lar tərəfindən yaradılan yenibrendləri və yerli məhsulları təşviq edir.
Ticarət şəbəkələrinə çıxışa dəstək mexanizmindən mikro və kiçiksahibkarlıq subyektləri istifadə edə bilərlər. Bunun üçün qidaməhsulları istehsal edən mikro və kiçik sahibkarlar elektronqaydada Agentliyə müraciət edə bilərlər. Hazırda ticarətşəbəkələrində mikro və kiçik sahibkarlıq subyektlərininməhsullarının satışını həyata keçirmək üçün 8 satış nöqtəsifəaliyyət göstərir. Qaydalar, satış yerləri və müraciət formasınıdoldurmaq üçün KOB-lar keçid linkinə daxil olmaqla ətraflı məlumatəldə edə bilərlər: https://smb.gov.az/az/nav/ticaret-sebekelerine-cixis-1