Latviya Rusiya prezidenti Vladimir Putinin təyyarəsinin Budapeştdə ABŞ prezidenti Donald Trampla görüş üçün ölkə üzərində uçmasına icazə verməyəcək. Bu barədə Latviya Xarici İşlər Nazirliyi LETA xəbər agentliyinə açıqlamasında bildirib.
"Latviya öz hava məkanından uçuşa icazənin verilməsi imkanını görmür", - nazirlik vurğulayıb.
Polşanın xüsusi təyinatlı GROM bölməsinin keçmiş komandiri, general Roman Polko hətta iddia etdi ki, polşalı pilotlar Putini Macarıstana aparan təyyarəni guya “vuruşdura” bilərlər.
Polşanın xarici işlər naziri Radoslav Sikorski Rusiya lideri Vladimir Putinin olduğu təyyarənin ölkənin hava məkanını keçəcəyi təqdirdə Varşavanın eniş etməyə hazır olduğunu bəyan edib. Rusiya Xarici İşlər Nazirliyi vurğulayıb ki, polşalılar indi “özləri terror aktları törətməyə hazırdırlar”. Ekspertlər xəbərdarlıq edir ki, Aİ ölkələri Budapeştdə ABŞ prezidenti Donald Trampla danışıqları pozmaq üçün təxribatlar hazırlaya bilər.
Əziz MUSTAFA