
Bu il oktyabrın 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivləri 70 milyard 161,7 milyon ABŞ dolları təşkil edib ki, bu da yanvarın 1-i ilə müqayisədə 16,9 % çoxdur.
Reyting.az xəbər verir ki, bu haqda Fond məlumat yayıb.
Bundan əlavə, o da bildirilib ki, yanvar-sentyabr aylarında Dövlət Neft Fondu (ARDNF) 4 milyard 350,3 milyon ABŞ dolları məbləğində valyuta satışı həyata keçirib.