AZ

Ortaq dəyərlərə söykənən əməkdaşlıq- ÖZƏL

"Dünyanın siyasi xəritəsində bəzən nadir hallarda yaranan elə əlaqələr var ki, onlar yalnız maraq və taktika üzərində deyil, həm də dərin mənəvi bağlarla, qarşılıqlı hörmət və ortaq gələcəyə inamla qurulur, inkişaf edir. Bu gün Azərbaycan və Qazaxıstan arasında belə bir əlaqə mövcuddur. Prezident İlham Əliyevin Kazinform agentliyinə verdiyi müsahibədə, iki ölkə arasındakı münasibətlərin keyfiyyəti, inkişaf perspektivləri və qardaşlıq ruhu barəsində söylədiyi sözlər tam əks olunur". "Olaylar" xəbər verir ki, bunu YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev deyib: "Dövlətimizin başçısının müsahibəsində qeyd edir: "Azərbaycan ilə Qazaxıstan arasında siyasi əlaqələr hazırda yüksək dərəcədə möhkəmlik və qarşılıqlı etimad ilə xarakterizə olunur." Bu cümlə sadəcə rəsmi ifadə deyil, iki xalqın ortaq keçmişindən, paylaşdıqları mənəvi kodlardan, türk kimliyi, mədəni ənənələr və dostluq bağlarından irəli gələn təməli vurğulanmasıdır. Müsahibədə dövlət başçısı xüsusi olaraq vurğulayır: "biz həqiqi strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri qurmuşuq." Bu məsələlər real səfərlər, qarşılıqlı təşəbbüslər və yüksək səviyyədə davamlı təmaslarla dəstəklənir.

Prezident İlham Əliyev qeyd edib ki, son üç ildə Qazaxıstana yeddinci səfərini edir və hər səfərdə ölkədə, xalqlarda müşahidə etdiyi dinamik inkişaf onu sevindirir. Qazaxıstan Prezidenti KasımCömar Tokayevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi və institusional islahatlar, şaxələndirilmiş iqtisadiyyat quruculuğu bu əməkdaşlığın daha da dərinləşməsinə təkan verir. Bu yanaşma regionda yalnız iki dövlət arasındakı münasibət deyil - həm də Türk dövlətlərinin inteqrasiyası, türk dünya vəhdəti məkanında bir modelə çevrilmək potensialı daşıyır. Siyasi etimadın fonunda iqtisadi əlaqələr də sürətlə möhkəmlənir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
45
olaylar.az

1Mənbələr