AZ

Cəlilabadda avtomobil aşdı, xəsarət alanlar var

CƏLİLABAD, 23 oktyabr. TELEQRAF

Cəlilabadda idarəetməni itirən avtomobil aşıb, xəsarət alanlar var.

Teleqraf-ın cənub bürosu xəbər verir ki, hadisə bu gün səhər saatlarında Cəlilabad rayonunun Təklə kəndi ərazisində baş verib.

İlkin məlumata görə, “Nissan X-Trail” markalı avtomobil sərt döngədən eniş edərkən idarəetməni itirərək aşıb.

Nəticədə nəqliyyat vasitəsində olan sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar təcili tibbi yardım maşınları ilə xəstəxanaya çatdırılıblar.

Avtomobil Yardımlı rayonundan gəlirmiş.

Hazırda xəsarət alanların kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
70
teleqraf.com

1Mənbələr