AZ

698 heyvan kəsimi və ət satışı mağazası ilə bağlı inzibati tədbir görülüb - AQTA

Bakı. Trend:

Qanunsuz heyvan kəsimi fəaliyyəti ilə bağlı keçirilənmonitorinqlərin nəticələri açıqlanıb.

Trendxəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, “Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsihaqqında” Prezidentin 2018-ci il 11 iyun tarixli Sərəncamınınicrası ilə bağlı olaraq baytarlıq-sanitariya və sanitariya-gigiyenanormalarına cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarındaheyvan kəsimi hallarının qarşısının alınması istiqamətində QidaTəhlükəsizliyi Agentliyi aidiyyəti dövlət orqanları ilə birlikdəardıcıl monitorinqlər, yoxlama-nəzarət tədbirlərini davametdirir.

Tədbirlər çərçivəsində bu ilin əvvəlindən 22 oktyabr tarixinədəkolan dövr ərzində respublika üzrə 4652 heyvan kəsimi və ət satışımağazasında monitorinq keçirilib.

Monitorinq zamanı 698 heyvan kəsimi və ət satışı mağazası iləbağlı inzibati tədbir görülüb, 65-də isə qanunsuz heyvan kəsimi iləəlaqədar quraşdırılmış qurğular (11-i təkrar quraşdırılmışqurğulardır) sökülüb.

Bundan başqa, 1244 halda ətlərin soyuducuda (453-də soyuducuyoxdur) saxlanılmadığı, 1277 halda isə ətlərin baytarlıq sənədiolmadan satışının həyata keçirildiyi müəyyən edilib ki, bununlabağlı icrası məcburi göstərişlər verilib.

Məqalədə:
Seçilən
35
23
az.trend.az

10Mənbələr