Bərdədə Poçtun qarşısında antisanitar vəziyyət...
Ajans.az xəbər verir ki, Ərazidə, mərkəzi poçtun qarşısında yaranan zibil yığını xoşagəlməz qoxu yayaraq şəhərin mərkəzinə yaraşmayan mənzərə formalaşdırıb. Bununla bağlı rayon sakini Zahir Süleymanov video çəkərək sosial şəbəkə hesabında paylaşım edib. Onun sözlərinə görə, zibil bir müddətdir yığılır və təmizlənmir. Yaranmış vəziyyət həm şəhərin görünüşünü korlayır, həm də sanitariya qaydalarının pozulmasına səbəb olur. Sosial şəbəkələrdə yayılan görüntülərdə zibilin piyada səkisinə qədər yayılması, tullantıların isə külək nəticəsində ətrafa dağılması aydın görünür. Şəhər sakinləri məsələ ilə bağlı aidiyyəti qurumların tədbir görməsini tələb edirlər. Hazırda məsələ ilə bağlı Bərdə Rayon İcra Hakimiyyətinin və kommunal xidmətlərin mövqeyi öyrənilməyə çalışılır.