AZ

Bakının iki rayonundakı qəzalı binaların söküntüsünə başlanılır

Bakı. Trend:

Bakı şəhərinin Sabunçu və Suraxanı rayonları ərazisində yerləşənistismar müddəti bitmiş qəzalı binaların söküntü işləriaparılacaq.

Trend-inməlumatına görə, söküntü işləri Sabunçu rayonunun Q.Vəzirov küçəsi,döngə 2, bina 5 və 6, Sabunçu rayonunun Y.Qasımov küçəsi, ev 39 vəSuraxanı rayonunun Xanlar Ələkbərov küçəsi, ev 43 ünvanlarındayerləşən istismar müddəti bitmiş qəzalı binaları əhatə edəcək.

Belə ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinintabeliyindəki Ərazi Tikinti-Planlaşdırma Mərkəzi söküntü işlərinintəşkilinin layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı müvafiqişlərə yekun vurub.

Qurum sözügedən işlərin icrasını "Global Engineering ManagementCompany" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib vəmüqavilə bağlayıb.

Müqaviləyə əsasən, şirkətə 21 948 manat ödənilib.

Seçilən
37
37
az.trend.az

10Mənbələr