AZ

Radara yaxınlaşanda sürəti azaldan sürücülərə XƏBƏRDARLIQ - VİDEO

Daxili İşlər Nazirliyi sürücüləri diqqətli olmağa və yol hərəkəti qaydalarına ciddi şəkildə əməl etməyə çağırıb.

Bu barədə Day.Az-a DİN tərəfindən məlumat verilib.

Qeyd olunub ki, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, sürücü mədəniyyətinin yüksəldilməsi və qəzalara səbəb olan amillərin aradan qaldırılması Nazirliyin əsas prioritetlərindəndir.

"Qəzaların baş verməsində sürət həddinin aşılması, radar cihazlarına yaxınlaşarkən sürəti azaltmaq, daha sonra isə yenidən artırmaq kimi məsuliyyətsiz hərəkətlər insan həyatı üçün ciddi təhlükə yaradır.

Yaddan çıxarmaq olmaz ki, radar sürücünün yolda sürət həddinə əməl etməsini təmin edən, həyatları qoruyan və təhlükədən çəkindirən bir təhlükəsizlik vasitəsidir", - məlumatda bildirilib.

Seçilən
62
day.az

1Mənbələr