AZ

Əbülfət Mədətoğlu: GÜN KEÇDİ

ain.az, Adelet.az portalına istinadən məlumat verir.

Ağlıma  yüz  fikir  taxdımSaqqala  , həm  bığa  baxdım...Baxdıqca  əridi  vaxtım -Gün keçdi...

Səsləndim, çatmadı səsimSunami  deyildim - əsim!..Ayaq  tutanda  həvəsim -Gün keçdi...

Xaldı  dizimdə  döyənəkSinəmdə yumruq -  dəyənək...Düşündük...bəlkə  bəyənək ?! -Gün keçdi...

Səndən sevgini  umuncaÖmrümün adın duyunca...Gözümü açıb- yumunca -Gün keçdi!

Çaxmaq  gözləyən fitildim,O  qədər zaman itirdim...Bu  şeri yazıb  bitirdim-Gün keçdi!

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
55
adalet.az

1Mənbələr