AZ

Sumqayıtda yanğın oldu

BAKI, 23 oktyabr. TELEQRAF

Sumqayıt şəhərində doqquzmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 8 ədəd elektrik sayğacı yanıb.

Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Seçilən
40
teleqraf.com

1Mənbələr