AZ

Amerikanı Rusiya raketləri ilə hədələdi

BAKI, 23 oktyabr. TELEQRAF

“Venesuela ABŞ-dən gələn hərbi təhdidlərin qarşısını almaq üçün 5000 “İqla-S” daşınan raket kompleksinə (Rusiya istehsalı) malikdir.

Teleqraf xəbər verir ki, bunu Venesuela Prezidenti Nikolas Maduro deyib.

“İqla-S”in gücü dünyada istənilən hərbi qüvvəyə məlumdur və Venesuelada ən azı 5000 “İqla” var”, - o bildirib.

ABŞ Venesuelanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə adekvat mübarizə aparmamaqda ittiham edir. ABŞ Prezidenti Donald Tramp bundan əvvəl Amerikanın Venesuelanın narkotik kartelləri ilə əlaqəli gəmilərinə hücumu davam etdirəcəyini açıqlayıb. Amerika mediası ABŞ-nin yaxın bir neçə həftə ərzində Venesuelada narkotik kartelləri ilə əlaqəli hədəfləri vurmağa başlaya biləcəyini yazıb.

Seçilən
107
teleqraf.com

1Mənbələr