AZ

Rusiyaya qarşı yeni sanksiyalar nefti bahalaşdırdı

ABŞ administrasiyası Rusiyanın ən böyük iki neft şirkəti — Rosneft və Lukoilə qarşı yeni sanksiyalar tətbiq edib.

Marja xəbər verir ki, qərarın ardından neft qiymətləri kəskin artıb. Brent nefti 3,5% bahalaşaraq bir barel üçün 64,75 dollara, ABŞ-ın Qərbi Texas (WTI) markalı xam nefti isə 3,6% artaraq 60,64 dollara yüksəlib.

“Ateşkəs vaxtıdır” mesajı

ABŞ Maliyyə naziri Skott Bessent sanksiyaları elan edərkən “İndi öldürməyi dayandırmaq və dərhal atəşkəs vaxtıdır” ifadəsini işlədib. Nazirlik bəyan edib ki, yeni sanksiyalar Kremlin Ukraynadakı müharibəni maliyyələşdirmə imkanlarını zəiflətməyi hədəfləyir.

Tramp–Putin görüşü ləğv edilib

Ağ Ev rəsmisinin məlumatına görə, sanksiyalar ABŞ prezidenti Donald Tramp ilə Rusiya prezidenti Vladimir Putin arasında Budapeştdə planlaşdırılan görüşün ləğvi ilə əlaqəlidir. Bildirilir ki, Tramp həmçinin Hindistanı Rusiya neftinin alınmasını dayandırmağa razı salmağa çalışır.

Neftdə son qiymət artımına baxmayaraq, ilin əvvəlindən bəri ABŞ xam nefti 16%, Brent nefti isə təxminən 14% dəyər itirib. Analitiklər qeyd edirlər ki, sanksiyaların təsiri qısamüddətli ola bilər, lakin enerji bazarlarında qeyri-müəyyənliyin artacağı gözlənilir.

Seçilən
4
marja.az

1Mənbələr