AZ

Lisenziya müqaviləsinin forması və bağlanılma qaydaları təsdiqlənib

Bakı. Trend:

“Lisenziya müqaviləsinin forması və bağlanılma Qaydası” təsdiqedilib.

Trend-inməlumatına görə, bununla bağlı İqtisadiyyat naziri Mikayıl Cabbarovmüvafiq qərar imzalayıb.

Sənədə əsasən, bu Qayda “Lisenziyalar və icazələr haqqında”Qanunun tətbiqi ilə əlaqədar yanacaqdoldurma və qaz təchizatıobyektlərinin quraşdırılması və istismarı fəaliyyət növü (fəaliyyətnövünün adı göstərilməklə) üzrə lisenziya müqaviləsinin (bundansonra – lisenziya müqaviləsi) formasını və bağlanılma qaydasınımüəyyən edir.

Hüquqi şəxsə, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi vəfərdi sahibkara yanacaqdoldurma və qaz təchizatı obyektlərininquraşdırılması və istismarı fəaliyyət növünə (fəaliyyət növünün adıgöstərilməklə) lisenziya verildiyi tarixdən 30 (otuz) günmüddətində İqtisadiyyat Nazirliyi (bundan sonra – Nazirlik) iləlisenziya sahibi arasında lisenziya müqaviləsi bağlanılır.

Lisenziya müqaviləsi yazılı formada bağlanılır. Lisenziyamüqaviləsi müddətsiz bağlanır.

Bu Qaydada istifadə olunmuş anlayışlar “Lisenziyalar və icazələrhaqqında” Qanunda, habelə digər qanunvericilik aktlarında nəzərdətutulan mənaları ifadə edir.

Lisenziya sahibi qanunvericiliklə nəzərdə tutulmuş sənədlərləyanaşı, 2 nüsxədə özü tərəfindən imzalanmış, hüquqi şəxs, xaricihüquqi şəxsin filialı və ya nümayəndəliyinə münasibətdə həm dəmöhürlənmiş lisenziya müqaviləsini Nazirliyə təqdim edir.

Nazirlik lisenziya verildiyi tarixdən 30 (otuz) gün ərzindəlisenziya müqaviləsini imzalayaraq, lisenziya sahibinə təqdimedir.

Qanunvericilikdə müəyyən olunmuş hallar istisna olmaqla,tərəflər bu müqavilənin imzalanmasından olaraq imtina edəbilməzlər.

Lisenziya müqaviləsi müqavilənin bağlanması haqqında lisenziyasahibinə “İnzibati icraat haqqında” Qanununun 62-ci maddəsindənəzərdə tutulmuş qaydada məlumat verildiyi gün qüvvəyə minir.

Lisenziya müqaviləsi lisenziya verildiyi tarixdən 30 (otuz) günmüddətində bağlanmadıqda, müvafiq lisenziya hüquqi nəticələryaratmır.

Lisenziya müqaviləsi Mülki Məcəllədə və “İnzibati icraathaqqında” Qanunda müəyyən edilən qaydada ləğv oluna bilər.

Məlumat üçün bildirək ki, qərar oktyabrın 10-da qəbul edilib,oktyabrın 21-də Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib,oktyabrın 22-də qüvvəyə minib.

Seçilən
61
8
az.trend.az

10Mənbələr