AZ

Radar sürücünü təhlükədən çəkindirən vasitədir — DİN

Bakı. Trend:

Daxili İşlər Nazirliyi sürücüləri bir daha diqqətli olmağa, yolhərəkəti qaydalarına ciddi riayət etməyə çağırır.

Trendxəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, yol hərəkəti təhlükəsizliyinin təmin olunması,sürücü mədəniyyətinin artırılması və qəzalara səbəb olan amillərinaradan qaldırılması Nazirliyin əsas prioritetistiqamətlərindəndir.

DİN-in Mətbuat Xidmətindən qeyd edilib ki, baş verən qəzalardasürət həddinin aşılması, radar qurğularına yaxınlaşdıqda sürətiazaldıb sonra yenidən artırmaq kimi məsuliyyətsiz davranışlar insanhəyatına ciddi təhlükə yaradır:

"Unutmaq olmaz ki, radar sürücünün yolda sürət həddini müəyyənedən, həyatı qoruyan və təhlükədən çəkindirici vasitə olantəhlükəsizlik kəməridir.

Əziz sürücülər, sükan arxasında verdiyiniz hər qərar təkcə öztaleyinizi deyil, ətrafınızdakıların da həyatına təsir edir. Sürətnə qədər yüksək olarsa, səhvin-ehtiyatsızlığın miqyası bir o qədərağır olur. Yollarda yerləşdirilən radarlar sizə “dayan, düşün,təhlükəsiz get” demək üçündür".

Seçilən
9
17
az.trend.az

10Mənbələr