AZ

Gəncədə kənd təsərrüfatı və qida texnologiyalarının tədqiqi mövzusunda beynəlxalq konfrans keçirilmişdir

Gəncədəki Heydər Əliyev Mərkəzində Azərbaycan Dövlət Aqrar və Türkiyənin Çukurova universitetlərinin birgə təşkilatçılığı ilə beynəlxalq konfrans keçirilmişdir.

Kənd təsərrüfatı və qida texnologiyaları sahəsində elmi tədqiqatların müzakirəsi, innovativ yanaşmaların təşviqi və beynəlxalq əməkdaşlığın genişləndirilməsinə həsr olunan konfransı ADAU-nun rektoru Zəfər Qurbanov açaraq təmsil etdiyi təhsil ocağının beynəlxalq uğurlarından, Ege Universiteti ilə ikili diplom proqramının əhəmiyyətindən danışmışdır.

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov, Elm və Təhsil Nazirliyinin əməkdaşı Nicat Məmmədəli, Milli Məclisin deputatı Musa Quliyev və FAO-nun Azərbaycandakı rəhbəri Muhamməd Nasar Hayat çıxış edərək konfransın elmi əməkdaşlıq və innovasiyaların təşviqi baxımından əhəmiyyətini qeyd etmişlər.

Ege Universitetinin rektoru Nəcdət Budakın çıxışından sonra Çukurova və Macarıstan universitetlərinin rektorlarının videomüraciətləri, eləcə də müzakirə olunan mövzu ətrafında elmi məruzələr dinlənilmiş, panel müzakirələr və beynəlxalq əməkdaşlıq görüşləri keçirilmişdir.

Üç gün davam edən konfransın ikinci günü bölmə iclasları keçirilmiş, üçüncü gün isə iştirakçılar Şuşa və Xankəndiyə səfər etmişlər.

Sabir ƏLİYEV,

"Azərbaycan"

Seçilən
24
azerbaijan-news.az

1Mənbələr