AZ

Maduro: Venesuelada ABŞ qüvvələrinə qarşı 5 min Rusiya istehsalı “İqla-S” sistemi var...

Karakas Karib dənizində artan gərginlik fonunda müdafiə mövqelərini gücləndirir...

Poliqon xəbər verir ki, Venesuela prezidenti Nikolas Maduro ölkəsinin silahlı qüvvələrinin hazırda 5 min ədəd Rusiya istehsalı “İqla-S” tipli daşınan zenit-raket kompleksinə (PZRK) malik olduğunu bəyan edib. Dövlət başçısı bu barədə milli televiziyaya verdiyi açıqlamada bildirib.

Maduronun sözlərinə görə, “İqla-S” kompleksləri ölkənin hava hücumundan müdafiə sisteminin əsas strateji mövqelərinə yerləşdirilib və onların əsas məqsədi ABŞ-ın Karib hövzəsindəki hərbi qüvvələrinə qarşı mümkün müdafiə tədbirləridir. Prezident vurğulayıb ki, “Venesuela xalqının suverenliyinə və dəniz sərhədlərinə ediləcək hər hansı təhdid qəti cavabla qarşılanacaq”.

Fransa mətbuat agentliyi AFP yazır ki, bu bəyanat ABŞ-ın regionda artan hərbi fəallığına cavab olaraq səslənib. Qeyd olunur ki, ötən həftə Maduro Venesuela ordusunun Karib dənizi sahillərinə əlavə qüvvələr yeritdiyini və ölkədə “bir milyon nəfərlik xalq milisinin səfərbər edilməsini” planlaşdırdıqlarını açıqlamışdı. Bu addımlar ABŞ Hərbi Hava Qüvvələrinin Karib dənizində narkoticarətə qarşı apardığı əməliyyatlar fonunda atılıb.

Poliqon.info

Seçilən
110
poliqon.info

1Mənbələr