Axar.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Avropa Birliyi Çinin kritik xammal üzrə planlaşdırdığı ixrac məhdudiyyətlərinə qarşı çıxmaq üçün ticarət tədbirləri üzərində işləyir.
Axar.az xəbər verir ki, bu barədə “Blumberq” agentliyi məlumat yayıb.
Agentlik qeyd edir ki, Avropa Komissiyası ayın sonuna qədər danışıqlarda mövqeyini gücləndirmək üçün Çinə qarşı tətbiq oluna biləcək ticarət tədbirlərinin siyahısını hazırlayır.
Komissiya həmçinin kritik tədarükləri qısa müddətdə qorumaq və digər mənbələri təmin etmək üçün plan hazırlayır. Ehtimal ki, məsələ oktyabrın 23-ü cümə axşamı günü Brüsseldə keçiriləcək AB liderlərinin sammitində müzakirə olunacaq. Çinə qarşı hansı addımların atılacağı gizli saxlanılır.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.