AZ

Biotorpaq: Elmlər yaşayan Kənd təsərrüfatı mövzusunda Respublika elmi praktik konfransı keçiriləcək

Xalqcebhesi saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

03-04 dekabr 2025-ci il Gəncə şəhərində Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda “BİOTORPAQ: ELMLƏ YAŞAYAN KƏND TƏSƏRRÜFATI” mövzusunda Respublika elmi-praktik konfransı keçiriləcək.

Konfrans çərçivəsində kənd təsərrüfatı sahəsində bioloji texnologiyaların tətbiqi, torpaq idarəçiliyi, müasir əkinçilik modelləri, iqlim dəyişikliklərinin bitki mühafizəsinə təsiri və digər aktual elmi məsələlərin müzakirəsi planlaşdırılır. Tədbir aqrar sahədə elmi yanaşmaların inkişaf etdirilməsi və mövcud çağırışlara uyğun həll yollarının axtarılması baxımından xüsusi əhəmiyyət kəsb edir.

Cavid

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
86
icma.az

1Mənbələr