AZ

Rosneft və Lukoyl”a qarşı SANKSİYA: Brent markalı neft 3 faiz bahalaşdı

Bakivaxti saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

ABŞ-nin Rusiyanın neft şirkətləri "Rosneft" və "Lukoyl"a qarşı tətbiq etdiyi yeni sanksiyaların  ardınca bu gün ilk Asiya ticarətində  neft qiymətləri  təxminən 3% bahalaşıb.

Bakıvaxtı.az “LeFigaro.fr”ə istinadən xəbər verir ki, gecə saat 00:30 radələrində Şimali Amerikanın WTI markalı neftinin bir barelinin qiyməti 2,89% artaraq 60,19 dollara, Brent markalı neftin bir barelinin qiyməti isə 2,86% artaraq 64,38 dollara çatıb.

Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi çərşənbə günü Rusiyaya qarşı sanksiyalar elan edib. Rəsmi Vaşinqtondan verilən məlumata görə, bu sanksiyalar Rusiyanın Ukraynada müharibəyə son qoymaq üçün sülh prosesinə ciddi öhdəliyinin olmamasının nəticəsidir. Maliyyə naziri Skot Besent də ABŞ-nin müttəfiqlərini bu sanksiyalara qoşulmağa çağırıb.

Aydın Baxış

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
28
bakivaxti.az

1Mənbələr